Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı futbolçu Moskvada turistin burnunu qırdı

Moskva “Spartak”ının azərbaycanlı futbolçusu Ayaz Quliyev qalmaqalla gündəmə gəlib. “Qafqazinfo” xəbər verir ki, yarımmüdafiəçi ABŞ-lı turisti döyüb.

Belə ki, Quliyev öz avtomobili ilə Moskva küçələrinin birində işıqforun qırmızı işığına məhəl qoymayaraq sürətlə yolu keçib. O, piyada zolağında hərəkət edən Maykl Couns Eli adlı amerikalı turisti avtomobillə vurmaqdan son anda xilas olub.

Ayaz maşından enərək piyadaya irad bildirib. Turist ona cavab qaytardıqda isə futbolçu yumruqla vuraraq onun burnunu qırıb.

Ayaz Quliyev Ayaz Quliyev

Hadisə yerinə polis və təcili tibbi yardım gəlib. Quliyev isə sonradan turistdən üzr istəyib, müalicə xərclərini qarşılayıb. O, Couns Elidən polisə şikayətçi olmamasını istəyib.

Rusiya mətbuatının yazdığına görə, Ayaz aldığı yeni avtomobillə 200-ə yaxın qayda pozuntusuna yol verib. Onun ödəmədiyi cərimələri də çoxdur.

Paylaş »
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› ABŞ Azərbaycan və Ermənistana çağırış etdi
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Livandan İsrailə raketlər atılıb
››› Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik müzakirə edildi
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
Son xəbərlər
Bütün xəbərlər »