Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya öz vətəndaşlarını pulsuz kosmosa aparacaq

Rusiyada adi insanlar da kosmosa uça biləcək. “Roskosmos” dövlət korporasiyasının rəhbəri Dmitri Roqozin mətbuat konfransında belə məlumat verib.

Bizimyol.info xəbər verir ki, o, rusların kosmosa pulsuz gedə biləcəyini deyib. Təxminən üç saat ərzində “Proqress” hava gəmisi ilə Beynəlxalq kosmik stansiyaya çatmaq mümkündür.

Dmitri Roqozin Dmitri Roqozin

Roqozinin dediyinə görə, əvvəlcə arzulayanlara müəyyən məbləğ müqabilində kosmosa uçmaq şəraiti yaradılacaq. Zaman keçdikcə dövlət qarşısında xidmətləri olan insanları pulsuz aparmaq ideyası var.

Proqress MS-09 Proqress MS-09 kosmik stansiya

İlk qısa uçuş sxemini keçən ilin oyulunda “Proqress MS-09” ilə həyata keçirmişdilər. Onda uçuş 3,5 saat sürmüşdü. Rekordu isə “TASS” təzələdi. Bir müddət sonra baş tutan uçuşa cəmi 3 saat 21 dəqiqə lazım oldu.

Son xəbərlər
Bütün xəbərlər »