Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin zabitləri yığıb, dünyaya mesaj ötürdü: "Sınaqlar uğurla keçir"

Hazırda "Kinjal" hipersəsli kompleksləri və "Peresvet" lazer sistemləri orduya təhvil verilib.

Rusiya hazırda qitələrarası ballistik raketləri olan "Sarmat"ın sınaqlarını yekunlaşdırır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin yüksək rütbəli zabitlər və prokurorlarla görüşdə bildirib.

O, vurğulayıb ki, raketlərin yekun sınaqları uğurla həyata keçirilir.

Rusiya lideri bildirib ki, hazırda "Kinjal" hipersəsli kompleksləri və "Peresvet" lazer sistemləri orduya təhvil verilib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ötən ilin martın 1-də parlamentə illik müraciəti zamanı dünyada analoqu olmayan yeni silahlar barədə danışıb. Burada söhbət "Sarmat" raket sistemi, sualtı dronlar, nüvə enerjisi ilə işləyən qanadlı raket, "Kinjal" aviasiya raket sistemi və lazer silahından gedir.

Putin "Kinjal"ı analoqu olmayan silah adlandırıb: "Bu, müasir, səs sürətindən iti olan aviasiya-raket kompleksidir. O, daşıyıcı təyyarədən və raketdən ibarətdir. Təyyarə unikal texniki xarakteristikalara malikdir və bu, bir neçə dəqiqəyə raketi istənilən nöqtəyə çatdırmağa imkan verir".

Paylaş »
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
Son xəbərlər
Bütün xəbərlər »