Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Quska”nın anası bacısının pasportu ilə sərhədi keçməsindən danışdı: “Onların günahı yoxdur”

Ötən ilin aprelində Türkiyədə saxlanaraq Azərbaycana təhvil verilən “Quska” ləqəbli keçmiş deputat Hüseyn Abdullayev məhkəmədə ifadə verməkdən imtina edib. Anası Zeynəb Abdullayeva isə oğlundan fərqli olaraq, aprelin 11-də məhkəmədə ifadə verib və ölkədən çıxışına məhduliyyət olduğuna görə bacısının pasportu ilə xaricə gedib-gəlməsi barədə ittihama münasibət bildirib.

Bizimyol.info xəbər verir ki, Z.Abdullayeva özünün də, onu Balakənə sərhəd-buraxılış məntəqəsinə aparmış taksi sürücüsü Nazim Əliyevin də, ona görə cinayət məsuliyyətinə cəlb edilmiş üç sərhədçinin də günahsız olduğunu deyib. Bildirib ki, sərhədi öz pasportu ilə keçib: “Sadəcə, məni saxlayanda bacımın pasportu çantamda idi. Səhvən, pasport məndə qalmışdı. Burda saxlanılan sərhədçilərin də heç bir günahı yoxdur. Mən heç kimə rüşvət verməmişəm”.

Dövlət Sərhəd Xidmətinin əməkdaşı olan təqsirləndirilənlər də Z.Abdullayevanın pasport məsələsi barədə danışıb. Pərviz Kazımov deyib ki, Zeynəb Abdullayevanın pasportuna baxanda oradakı fotoşəkildən şübhələnib: “Şəkildəki adama oxşamırdı. Buna görə mən Həbib İbrahimova məsələni məruzə elədim”.

Həbib İbrahimov isə deyir ki, doğru deyil, Pərviz ona bu haqda heç bir məlumat veriməyib: “Mənə deyilsəydi, mən tədbir görərdim, ən azı digər şəxslərə məlumat verərdim”.

Hüseyn Abdullayev və anası da daxil olmaqla, 9 nəfərin işinə Bakı Hərbi Məhkəməsində baxılır. H.Abdullayev dələduzluq, vergidən yayınma, anası sərhədi qanunsuz keçmə, rəsmi sənədləri məhv etmə, sərhədçilər isə qulluğa səhlənkar yanaşma, sərhəd xidməti qaydalarını pozma kimi əməllərdə ittiham olunurlar. Onların heç biri özünü təqsirli bilmir.

Paylaş »
››› Köhnə avtomobillərin hərəkəti qadağan ediləcək
››› “Bakı səfəri Lavrov üçün gərgin keçəcək”
››› Avropalılar qadağaların aradan qaldırılmasını bayram edir
››› Rusiyada vilayət naziri itkin düşüb - Navalnının zəhərləndiyi xəstəxanada həkim işləmişdi
››› Ölkəyə avtomobil adı ilə metal qırıntıları daşınır
››› Heydər Əliyev: “Qarabağa muxtariyyət verilməsi Azərbaycanın içinə qoyulmuş bomba idi”
››› "Space" TV-nin yeni rəhbəri istefa verdi
Son xəbərlər
Bütün xəbərlər »