Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğandan Sudan açıqlaması: "Çevrilişlə siyasətə gəlməmişəm"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sudanda baş verən son siyasi proseslərlə bağlı açıqlama verib.

Axar.az xəbər verir ki, türk lider Sudanın demokratik prosesə keçidinin qaçılmaz olduğunu, hərbi çevrilişin qan tökülməsinə səbəb olacağını bildirib.

“Məlum olduğu kimi çevrilişlə siyasətə gəlmiş lider deyiləm. Bələdiyyə sədrliyindən bəri seçki ilə mənsəbə çatan və çevrilişin şahidi olan bir insanam. Çevrilişin nə olduğunu, nələri verib, nələri aparacağını bilən biriyəm”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Sudanda çevriliş cəhdindən sonra prezident Ömər əl-Bəşir istefa verib.

Son xəbərlər
Bütün xəbərlər »