Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fırlanan kameraya malik smartfonun təqdim edildi - Video

“Samsung Electronics” şirkəti irəli çəkilən və fırlanan kameraya malik “Galaxy A80” smartfonunu təqdim edib.

Bizimyol.info “ICTnews”a istinadən xəbər verir ki, 48 meqapiksellik əsas kamera həm gündüz, həm də gecələr parlaq fotoşəkillər çəkir.

Həmçinin cihaza 123 dərəcəlik baxış bucağına malik 8 meqapiksellik ultrageniş modul quraşdırılıb.

“Galaxy A80” aparatı “Full HD+” (1080x2400 piksel) təsvir ölçülü 6,7 düymlük “Super AMOLED” displeylə təchiz edilib, barmaq izi skaneri birbaşa ekrana inteqrasiya edilib. 3700 milliamper/saat tutumunda akkumulyator 25 vatt gücündə sürətli enerjidoldurma texnologiyasına malikdir. Bundan başqa, smartfon “Snapdragon 675” prosessoru, 8 QB əməli yaddaş və 128 QB daxili fləş yaddaşla təchiz edilib. Yaddaşın kart vasitəsilə artırılması imkanı nəzərdə tutulmayıb.

Smartfon “Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi altında işləyir. “Samsung Pay” (NFC+MST) mobil ödəniş sistemi dəstəklənir.

Son xəbərlər
Bütün xəbərlər »