Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ana əlil oğlu üçün özünü oda atdı, yanan evdən xilas etdi - Fotolar

İngiltərədə ana əlil oğlunu ölümdən xilas edib. Lester qraflığındakı Sayt-Uiqston yaşayış məntəqəsində qadın oğlu üçün özünü sözün birbaşa mənasında oda atıb. Çarəsiz vəziyyətdə qalan gənci yanan evdən çıxarmağı bacarıb.

Bizimyol.info xəbər verir ki, yanğını hamıdan əvvəl qonşu görüb. Qadının 16 yaşlı oğlu özünü çölə ata bilib. Amma mətbəxdə olan ana 21 yaşlı Stiveni xilas etməyi unutmur. Özünü oda atır. Tüstüdən halı özündə olmayan oğlunu otaqda xeyli axtarmaq lazım gəlir. Qadın hər dəfə bir az nəfəsini dərərək, yenidən odun içinə atılırmış. Nəhayət, Stiveni xilas etməyi bacarır.

Ana əlil oğlu üçün özünü oda atdı, yanan evdən xilas etdi Foto: metro.co.uk

Əlil gənc xəsarətsiz ötüşə bilməyib. Sinəsi müəyyən qədər yanıb, ümumiyyətlə, bədəninin müxtəlif yerlərində yanıq var. Amma həyatına təhlükə yoxdur.

Ana əlil oğlu üçün özünü oda atdı, yanan evdən xilas etdi Foto: metro.co.uk

Fevralda ABŞ-da qadın uşaqlarını xilas etmək üçün yanan evə atılmışdı. Amma həmin qadının cəhdi uğursuz alınmışdı. Ana həlak olmuşdu.

Ana əlil oğlu üçün özünü oda atdı, yanan evdən xilas etdi Foto: metro.co.uk

Uşaqlar isə özləri xilas olmağı bacarmışdı.

Paylaş »
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
Son xəbərlər
Bütün xəbərlər »