Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əli Əhmədov: "Köçkünlər tez köçürülmək üçün öz yataqxanalarını yandırır"
Son aylar məcburi köçkünlərin məskunlaşdığı binalarda tez-tez yanğın hadisəsi baş verir.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Ağcabədi rayonunda olan baş nazirin müavini Əli Əhmədov məlumat verib.

O bildirib ki, Kürdəxanı qəsəbəsində yeni tikilib istifadəyə verilən köçkün şəhərciyində məcburi köçkünlərin köçürülməsi başladıqdan sonra Nərimanov rayonu ərazisindəki məcburi köçkünlərin yaşadığı xəstəxana binasında yanğın hadisəsi baş verib.

“İlkin ehtimala görə, yanğın hadisəsi qəsdən törədilib. Buna səbəb köçkünlərin yeni şəhərciyə köç etməsini tezləşdirmək istəməsidir. Son bir neçə ayda köçkünlərin məskunlaşdığı binalarda beş belə yanğın hadisəsi qeydə alınıb.

Məcburi köçkünlər bilməlidir ki, Azərbaycan dövləti məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görür. Mütəmadi olaraq Bakı və rayonlarda köçkün şəhərcikləri tikilib, çətin şəraitdə yaşayan ailələr yeni mənzillərə köçürülür.

Bu proses bundan sonra da davam edəcək. Sadəcə, səbr edib gözləmək lazımdır. Bu proses insanların yaşam şəraitinə uyğun aparılır. İlk növbədə daha çətin şəraitdə yaşayan ailələr köçürülür. Bu günə qədər ölkə ərazisində 100-dən çox köçkün şəhərciyi tikilib”, - deyə o qeyd edib.

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »