Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirliyin xəbərdarlığına restoranlardan münasibət: "Xəbərdarlıq edilməyib" - Açıqlama

"Bəzi şadlıq sarayları və restoranlardan havaya tüstünün, iy-qoxunun yenidən yayılması ilə bağlı nazirliyə şikayətlər daxil olduğundan tərəfimizdən təkrar monitorinqlərə başlanılıb. Keçirilən monitorinqlər zamanı təmizləyici qurğuların filtrlərinin vaxtaşırı təmizlənmədiyi səbəbindən 31 obyektdən havaya yenə də normadan artıq tullantıların atıldığı məlum olub.

Bunlar “Real”, “Golden Ring”, “Sonalar Sonası”, “Milord”, “Həyat”, “Cənnət”, “Flaminqo”, “Qızıl Buta”, “Madonna”, “Afrodita”, “Oazis”, “Qızıl Tac”, “Gold Palace”, “Niel”, “İdeal”, “Şəhanə” və digər şadlıq saraylarıdır ki, onların sahiblərinə çirklənmiş filtrlərin vaxtlı-vaxtında dəyişdirilməsi barədə göstərişlər verilib. Araşdırma və monitorinqlər davam etdirilir”.

Bu sözləri jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Anar Tağıyev bildirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Onun bu açıqlaması ilə bağlı adıçəkilən restoranlarla əlaqə saxladıq və mövcud vəziyyəti öyrənməyə çalışdıq. Zəngimizi cavablayan "Sonalar Sonası" şadlıq sarayının direktoru Cavid Hüseynov bildirib ki, xəbərdarlıqdan sonra restoranın havalandırma filtirləri yenisi ilə əvəzlənib:

"Çox təəssüflər olsun ki, bizim restoranımızın adı hallanır həmin yazıda. Biz vaxtlı-vaxtında filtirləri dəyişib, təmizləyirik. Mütəmadi bu təmizlik işləri aparılır. Xəbərdarlıq ediləndən sonra biz filtirləri yeniləmişik".

"Oazis" restoranının rəhbərlərindən olan Emin Nəzərovun Bizimyol.info-ya verdiyi açıqlamaya görə onlar havalandırma sistemini daimi nəzarətdə saxlamaq üçün müvafiq şirkətlə müqavilələri də var və vaxtaşırı sistemlər yenilənir:

"Restoranımızda xüsusi avadanlıqlar quraşdırılıb, mütəmadi də dəyişdirilib yenilənir. Hətta bizim şirkətlə müqaviləmiz də var, vaxtlı - vaxtında gləib dəyişirlər. Ödənişin də zamanında edirik. Ekologiyadan da neçə dəfə gəliblər, xüsusi avadanlıq vasitəsilə ölçüblər. Hər şey qaydasındadır. Hətta 10-15 gün bundan qabaq müqaviləmiz olan şirkətin nümayəndələrini dəvət etdik gəlib boruları təmizlədilər, filtirləri dəyişdilər".

"Niel" şadlıq sarayından bildirildi ki, onlara heç bir xəbərdarlıq edilməyib:

"Bizə heç bir xəbərdarlıq edilməyib. Havalandırma sistemimiz var, mütəmadi də yenilənir, filtirlər də yuyulur, yenisi ilə əvəzlənir. Manitoriq qrupu da gəlib bizə heç nə deməyib".

"Flaminqo" şadlıq sarayından isə bildirildi ki, nazirliyin şadlıq evlərinə etdiyi ilk xəbərdarlıqdan etibarən bütün sistemlər, havalandırma sistemləri qurulub və mütəmadi yenilənir, filtirləri zamanında dəyişdirilir:

"Bizə səhər-səhər də jurnalistlər zəng etmişdilər. Onlara da bildirdik ki, bizim havalandırma sistemimiz işləyir, hər şey qaydasındadır. Filtirlər dəyişdirilir. İstəsəniz gəlib restorana yaxınlaşıb özünüz vəziyyətlə də tanış ola bilərsiniz".

Bizimyol.info

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
Son xəbərlər
Bütün xəbərlər »