Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qızı quldurların əlindən xilas edən uşaq qəhrəmana çevrildi - Foto

Böyük Britaniyada orta məktəb uşağı 18 yaşlı yeniyetmə qızı xilas edib. Üç nəfər onu oğurlamağa cəhd göstərirmiş.

Bizimyol.info xəbər verir ki, Şimali İrlandiyada yaşayan Tirnan Makkridi cinayətin şahidi olub. Derri şəhər sakini üç nəfərin qızı zorla maşına mindirmək istədiyini görüb. Oğlan tez özünü ora yetişdirib. Hay-küy salıb, cinayətkarların özünü itirdiyini görəndə qızı hadisə yerindən uzaqlaşdıraraq, gizlədib.

Qızı quldurların əlindən xilas edən uşaq qəhrəmana çevrildi Foto: Police Service of Northern Ireland

Tirnan baş verənlər haqda anasına danışandan sonra qadın polisə zəng vurub. Uşağı mükafatlandıran polis əməkdaşı deyir: “Hər şey faciə ilə nəticələnə bilərdi. Bu qızın yerində istənilən ailənin üzvü ola bilərdi. Bizim gənclərin reputasiyası pisdir. Amma aralarında Tirnan kimi cəsarətli uşaqlar da var”.

Martın sonlarında Polşada 6 yaşlı oğlan pəncərədən yıxılan körpəni tutmağı bacarmışdı. Onu da qısa zamanda sosial şəbəkələrdə qəhrəmana çevirmişdilər.

Son xəbərlər
Bütün xəbərlər »