Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Agentlik Sumqayıtdakı marketə xəbərdarlıq etdi - Rəsmi
Sosial şəbəkələrdə yayılan məlumatlara görə Sumqayıt şəhərində "Ən ucuz market" adında market fəaliyyət göstərir. Eyni zamanda "Bazarstore" marketlər şəbəkəsi də "2019-cu ilin ən ucuz 5 günü" kampaniyasına başlayıb və həmin reklam kampaniyası istər ictimai obyektlərdə, metrolarda və şəhərin müxtəlif yerlərində yerləşdirilib.

Lakin məsələnin maraqlı tərəfi ondan ibratərdir ki, “ən”, “yalnız”, “təkcə” və s. kimi sözlərdən istifadə etmək Azərbaycan Respublikasının Reklam haqqında qanununa ziddir və yalnız rəsmi icazə verildikdən sonra o sözlərdən istifadə edilə bilər.

Azərbaycan Dövlət Reklam Agentliyi bu kimi hallara nəzarət edirmi?

Bizimyol.info-nun sorğusunu cavablandıran agentlik bildirir ki, onlar adıçəkilən şirkətə “ən” sözündən istifadə etməklə "2019-cu ilin ən ucuz 5 günü" kampaniyasının açıq reklamına icazə verib və eyni zamanda Sumqayıtda yerləşən marketə də xüsusi xəbərdarlıq edilib:

"“Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.3-cü maddəsinə əsasən əmtəə barədə bilərəkdən həqiqətə uyğun olmayan reklam verilməsi haqsız reklam hesab edilir. Həmçinin, Qanunun 7.1.4-cü maddəsinə görə reklam edilən vaxt əmtəənin qiyməti barədə məlumatları təhrif edilmiş, həqiqətə uyğun olmayan şəkildə əks edən reklam qeyri-dəqiq hesab olunur. Haqsız və qeyri dəqiq reklamlara yol verilmir.

Əgər müraciət edən şəxsin reklam etdiyi məhsulun ən yaxşı, ən keyfiyyətli və ən ucuz olmasını təsdiq edən rəsmi sənəd olduqda, həmin əmtəənin reklamı zamanı “ən”, “yalnız”, “təkcə” sözlərindən istifadə oluna bilər, əks təqdirdə isə belə reklamlara yol verilmir.

Qeyd olunanlar nəzərə alınaraq, ADRA "2019-cu ilin ən ucuz 5 günü" ilə bağlı keçirilən kampaniyanın açıq məkanda reklamına icazə verib.

Sumqayıtdakı "Ən ucuz market" adında market isə əmtəə nişanı kimi müvafiq dövlət qurumundan qeydiyyatdan keçmədiyi üçün, ona qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq addım atılması, həmin reklamın yayımının dayandırılması haqda xəbərdarlıq edilib".

Bizimyol.info

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »