Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
7 aylıq hamilə qadın özünü kanala atdı
Ağdaşda 24 yaşlı hamilə qadın intihar edib. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Nehrəxəlil kəndində baş verib.

Belə ki, 7 aylıq hamilə olan Səidə İslamova özünü kanala atıb. Bildirilir ki, S. İslamovanın ailəsində problemlər olub.

Qadının həyat yoldaşı Gürcüstana gedirmiş. Buna görə də, ötən gün anası qızını tək qoymamaq üçün onunla bir yerdə qalmağa gəlib. S. İslamova gecə saat 3 radələrində anasının yanından çıxaraq özünü Türyançay kanalına atıb.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, qadının bir oğlu var.

Son xəbərlər
Bütün xəbərlər »