Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Asanj həbs olundu - London polisindən rəsmi açıqlama

Qalmaqallı Wikileaks portalının həmtəsisçisi Culian Asanj həbs olunub.

Bizimyol.info "CNN"-ə istinadən xəbər verir ki, Asanj Londonda Ekvador-un səfirliyində həbs olunub.

Xatırladaq ki, Culian Asanj 7 il əvvəl Ekvadordan siyasi sığınacaq almışdı və bu ölkənin Londondakı səfirliyində yaşayırdı. Bu müddət ərzində Ekvador ABŞ və İngiltərə tərəfindən təzyiq altına alınmışdı və bir neçə gün əvvəl Ekvador Asanjı səfirlikdən çıxaracağını bildirmişdi.

Asanj barədə İsveçdə cinsi təcavüz maddəsi ilə cinayət işi başlayıb. Culian Asanj məhz həmin hadisəyə görə ektradisiyadan yayınmaq üçün Ekvadordan sığınacaq almışdı.

London polisi məlumat yayıb ki, Asanj həb olunub və qısa zamanda məhkəmə qarşısına çıxarılacaq.

Culian Asanj ABŞ hökumətinin məxfi sənədlərini ələ keçirib yaydıqdan sonra beynəlxalq qalmaqala səbəb olmuşdu.

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
Son xəbərlər
Bütün xəbərlər »