Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mübariz İbrahimovu tənqid edən Nərmin Şahmarzadə təqsirli şəxs kimi tanındı - Foto

Bakı Apellyasiya Məhkəməsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu tənqid edən psixoloq Nərmin Şahmarzadə barəsində Xətai rayon Məhkəməsinin 22 yanvar tarixli qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Bu barədə Oxu.Az-a vəkil Ramil Rüstəmov məlumat verib. Onun sözlərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə işə mahiyyəti üzrə baxmayan Xətai Rayon Məhkəməsinin qərarı ləğv edilib:

“Artıq Nərmini təqsirləndirilən şəxs qismində cəlb etdilər və bizi xüsusi ittihamçı kimi tanıdılar. İş Xətai Rayon Məhkəməsində araşdırılacaq".

Nərmin Şahmarzadə

Qeyd edək ki, N.Şahmarzadə ilə bağlı Xətai rayon Məhkəməsinə müraciət edilsə də, məhkəmə işə baxmaqdan imtina etmişdi. Nərmin Şahmarzadəyə qarşı Milli Qəhrəman Mübariz İbrahimovu tənqid etdiyi üçün CM-nin 147-ci (böhtan) maddəsi ilə şikayət verilib.

Şikayətə vəkil Ramil Rüstəmovla yanaşı, Fövqaladə Hallar Nazirliyinin mayoru, doqquzqat dünya, üç qat Avropa çempionu, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev də qoşulub.

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »