Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni insan növünün qalıqları aşkarlandı - Foto

Filippinin Luson adasında arxeoloqlar çox vacib tarixi qalıq aşkar ediblər. Qədim insanın yeni növünü tapıblar.

Bizimyol.info xəbər verir ki, bu növün tapılan qalığın həm “Homo”nun həm əvvəlki, həm də sonrakı nəsillərinin cizgiləri görünür. “Homo luzonensis” adlanan növün nümayəndələri təxminən 50-67 min il əvvəl yaşayıblar. “National Geographic”in məlumatına görə, genlərin müəyyənləşdirilməsinə 7 diş və başqa 6 kiçik fraqment – daşlaşmış əl, ayaq barmaqları, omba sümükləri kömək edib.

Yeni insan növünün qalıqları aşkarlandı Foto: Florent Detroit/AFP

Araşdırmanın həmmüəlliflərindən olan Armand Mixares hələ 2003-cü ildə Kalyaoda mağara tapmışdı. Orada 25 min il əvvələ təsadüf edən yaşayış izləri aşkar edilmişdi. Mixaresin dediyinə görə, adətən, mağaralarda qazıntıların dərinliyi 2 metri keçmir. Ondan sonra arxeoloqlar 2007-ci ildə Kalyaoya bir daha baş çəkmək qərarına gəliblər. Daha 1,5 metr qazmaq yeni tapıntılar üzə çıxarıb. Hələ onda arxeoloqlar qədim insanın yeni növünü tapdıqlarını tam müəyyənləşdirə bilməmişdilər. Luson adasındakı qalıqlar qəti fikir formalaşmasına kömək edib.

Bu növün qalıqlarında dişlər daha müasir insan izlərini özündə əks etdirib. Belə dişlərə indiki insanların 3 faizində rast gəlmək mümkündür. Amma ayaq sümükləri avstralopitekləri xatırladır. Onlar təxminən 3 milyon il əvvəl Afrikada yaşayıblar.

Paylaş »
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› “Azərbaycan qüvvələri geri çəkilmək fikrində deyil” - Aram Melkonyan
Son xəbərlər
Bütün xəbərlər »