Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Süni intellekt insan beynini nə vaxt üstələyəcək... – Yaponlar açıqladılar

Elm addım-addım irəliləyir, daha böyük zirvələr fəth edir. Süni intellekt insan beynini əvəzləməyə, bir çox hallarda hətta üstələməyə çalışır. Bacaracaqmı? Mütəxəssislər cavab verir.

Bizimyol.info "RİA-Novosti"-yə istinadən xəbər verir ki, yapon elm adamları süni intellekt haqda çox yüksək fikirdədir. Onların fikrincə, 50-100 il sonra süni intellekt insan ağlını geridə qoyacaq. “FujiSoft Incorporated” şirkətində “Parlo” adlı robotların hazırlanması ilə məşğul olan şöbənin rəhbəri Naoki Suqimoto deyir: “Hesab edirəm ki, süni intellekt insana yetişəndə onu ağlını o qədər mənimsəyəcək ki, biz onları səhv salacağıq. Hansının robot, hansının insan olduğunu ayırd edə bilməyəcəyik”.

Suqimoto təxminən əsrin sonlarında belə bir dövrün gələcəyini proqnozlaşdırır. Amma insanları bundan qorxmamağa çağırır. İnsanlıq inkişafın təsirini həyatında çox görüb. Buna da növbəti inkişaf sıçrayışı kimi yanaşmaq lazımdır.

Süni intellekti çox şişirtmək lazım gəlmədiyini düşünənlər də var. Axı bunu da insan beyni yaradır. Digər tərəfdən, robotlar insanı çox sahədə əvəzləyə bilər. Çünki bizdən fərqli olaraq, onların yuxuya ehtiyacı yoxdur.

Son xəbərlər
Bütün xəbərlər »