Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəsəbədə yolu su basdı - "Azərsu" ASC susur - Video
Nizami rayonu NZS qəsəbəsindən keçən Oqtay Vəliyev küçəsinin bir hissəsi su altında qalıb.

Bizimyol.info xəbər verir ki, Oqtay Vəliyev küçəsinin Gəncə mərasim evindən Ulduz marketə qədər hissəsi su altında qalıb. Yolun su altında qalması nəqliyyat vasitələrinin hərəkətinin intensivliyinə də mane olub. Hazırda isə suyun həcmi sözügedən yolda artmaqdadır.

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri deyib ki, yolun hansı qurumun balansında olmasından asılı olmayaraq yola yığışan suyun mənbəyi araşdırılmalıdır ki, bu məsələ ilə də "Azərsu" ASC məşğuldur:

"Siz zəhmət olmasa bununla bağlı "Azərsu" ASC ilə əlaqə saxlayın. Bu yolların kimin balansında olmasından asılı olmayaraq yola yığışan suyun mənbəyi araşdırmalıdır".

Qorxmaz Hüseynovun sədri olduğu "Azərsu" ASC rəhbərliyi və mətbuat xidməti onlara edilən zəngləri cavablamayıb.

Sonradan redaksiyamızla əlaqə saxlayan Anar Nəcəfli əlavə edib ki, həmin hissədə su qəza hadisəsi baş verib.

Bizimyol.info

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »