Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Genetik pasport nədir... – Artıq Rusiya da bu sistemə keçir

2025-ci ildə Rusiyada vətəndaşlara genetik pasportlar veriləcək. Bununla bağlı dövlət başçısı Vladimir Putin hələ martda sərəncam imzalamışdı. Yeni sənədlər Rusiya vətəndaşlarını bioloji və kimyəvi hücumlardan qorumalıdır.

Bizimyol.info xəbər verir ki, genetik pasportlarda, adətən, vətəndaş haqda ətraflı məlumat əksini tapır. Hətta fərdi göstəriciləri ilə bağlı, xəstəliklər barədə müfəssəl informasiya verilir.

Ümumi Genetika İnstitutunun əməkdaşı İlya Zaxarov-Qezexus bu haqda deyir: “Əlbəttə, genlərin incələnməsindən söhbət getmir. Yüz milyondan çox insanın genləri haqda məlumat verilməsi asan məsələ deyil. Fundamental planda maraqlı olardı. Amma indi müzakirə mövzusu sayılmır. Daha çox irsi xəstəliklərlə bağlı məlumatların verilməsi nəzərdə tutulur”.

İnstitutun elmi rəhbəri Vladislav Baranov genetik pasport barədə bunu söyləyib: “Genetik pasport müəyyən mənada insanın elektron bazasıdır. Buna DNT-baza da demək olar. Burada xeyli genetik xüsusiyyət yer alacaq”.

Rusiya genetik pasportdan istifadəyə keçən ilk ölkə deyil. Belarusda bu təcrübədən yararlanmağa başlayıblar. Estoniyada keçən il 100 min insanın genetik göstəricilərini toplamışdılar. Bunun əsasında hər bir insan üçün genetik kart açmışdılar. ABŞ, Kanada, Böyük Britaniya, Yaponiya, Çin kimi ölkələrdə DNT-profillər yaradılıb. İslandiyada isə işi tam başa çatdırıblar. Ölkədə hamı üçün genetik baza təşkil olunub.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »