Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İtlər artıq mobil telefonları da axtarıb tapa bilir
İt

İtlərin polislərə kömək etdiyini bilirik. Bu heyvanların bəzi növlərinin partlayıcı və ya narkotik maddə aşkar etmək bacarığı var. İndi ortaya çıxan kiber itlər isə bir az da uzağa gedib. Onlar fleş-kartlar, mobil telefonlar, disklər tapırlar.

Bizimyol.info xəbər verir ki, Almaniyanın “Die Zeit” nəşrində bu haqda məqalə dərc edilib. “K-9 Detection Dog School Germany” kinologiya məktəbinin direktoru Andre Brendler deyir: “Beş il əvvəl biz Braziliyada xüsusi əməliyyat zamanı itin kömyəi ilə mobil telefon aşkar etmişdik. Ümumiyyətlə, əməliyyat çox uğurlu alınmışdı. Sonradan Cənubi Amerikada başqa sifarişlər də aldıq”.

İndi dünyada yalnız bir neçə məktəb kiber itlərin yetişdirilməsi ilə məşğul olur. Bu sahəyə maraq isə çox artıb. Çünki noutbuklar, smartfonlar indiki dövrdə cinayətlərin açılmasında çox vacib dəlil, sübut rolunu oynayır.

Brendler öz məktəbində əsasən Almaniya, Belçika, Hollandiya kiber itlərinin yetişdirilməsi ilə məşğul olur. Kiber itlərə ayrı-ayrı plastik hissələrin, əlvan metalların, elektron qurğuların qoxularını tutmaq öyrədilir. Bütün bunların xüsusi iyi var. İt həmin cihazları aşkar edəndə orada əyləşib gözləyir. İtləri məhz belə öyrədirlər. Həmin cihazlara dişlərlə toxunmaq olmaz. Çünki sıradan çıxması mümkündür.

Əlbəttə, kiber itlərin işi asan deyil. Çünki elektron qurğularda qoxu narkotik maddələrdə olduğu qədər deyil. Buna baxmayaraq, Brendlerin məktəbinin yetirmələri işinin öhdəsindən yaxşı gəlir. Ümumi proses uzağı 30 dəqiqə sürür.

“Die Zeit”in yazdığına görə, Brendlerə fərdi müştərilər də müraciət edir. Belə əməliyyatların bir sutkası təxminən 1000 avroya başa gəlir.

Paylaş »
››› “Ded Xasan”ın qətlinin üstü açılır
››› Milli Şura Bakının mərkəzində aksiya keçirib - Video
››› Bu gün “28 May”a gedən bütün prospekt və küçələr bağlanacaq
››› Əli Kərimli saxlanılıb
››› Nazir Vilayət Eyvazov polkovniki təqaüdə göndərdi
Son xəbərlər
Bütün xəbərlər »