Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Elina ilə danışan icra başçısının müavinidir” - Röya
roya_ayxan_8fc1cf6312ae4999f37e15c3c729353e

Əməkdar artist Röya Ayxan 162 saylı məktəbdə intihar edən Elina Hacıyeva ilə bağlı paylaşım edib. “Qafqazinfo” xəbər verir ki, müğənni instaqram səhifəsində məktəblinin intihardan sonrakı videosunu yayıb.

Röya qeyd edib ki, E. Hacıyeva ilə söhbət edən xanım Səbail rayon İcra Hakimiyyəti (BŞİH) başçısının birinci müavini Xalidə Bayramovadır:

“Əgər müğənnilik və eşitmə duyumuma güvənirəmsə, bu, çoxlarının tanıdığı Xalidə xanımın səsidir. Ay gözəl xanım, bu sualın yeri idi? Uşağı sürücünüzlə xəstəxanaya çatdırmaq əvəzinə şəraiti soruşursuz. Mən də belə böyüdüm, 5-ci sinifdə məktəb direktorunun ayaqqabısını geyinib dərsə getdim. Çox şükür ki, ona və o günə… Boşanan ailənin qızı idim. Şükür ki, bu sualları yağdırana əyilmədim. Bəyənməsələr də, ayaqda qalıb şəxsiyyət oldum. Amma hamı güclü deyil. Baxmayaraq ki, hərdən buna siz bizi məcbur edirsiz”.

"Qafqazinfo" məsələyə münasibət öyrənmək üçün Xalidə Bayramova ilə əlaqə saxlayıb. O bildirib ki, hazırda intihar hadisəsiylə bağlı istintaq gedir: "Bu səbəbdən geniş danışmaq istəmirəm".

Xalidə Bayramova Xalidə Bayramova

İcra başçısının müavini bildirib ki, istintaqdan sonra lazım gələrsə, bu barədə danışacaq.

Paylaş »
››› Şənbə-bazar günləri kimlər bayıra çıxa bilər... - Rəsmi açıqlama
››› Nərminin qətli ilə bağlı cinayət işi: “Dilə gətirə bilmədiyimiz işgəncələr veriblər”
››› 10 yaşlı Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun məhkəməsi olub - Video
››› Baş Nazir qərar verdi: Cümə günü saat 14:00-dan məhdudiyyət qüvvəyə minir
››› Maskarad başladı: Bu dəfə başqa formada
Son xəbərlər
Bütün xəbərlər »