Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sudanda hərbi çevriliş - 30 illik prezident devrilir

Sudan ordusu ölkədə çevriliş edib. Bu barədə Ərəb telekanalı "Al-Mayadeen" məlumat verib.

"Bizimyol.info" "Lenta.ru"ya istinadən xəbər verir ki, mühüm obyekləri mühasirəyə almış ordu prezident Ömər əl-Bəşirin bütün səlahiyyətlərini əlindən almağı və bütövlükdə hökuməti hakimiyyətdən uzaqlaşdıracağı barədə açıqlamalar yayıb.

TASS xəbər agentliyi, yerli mətbuata istinadən bildirir ki, Sudan Hərbi Şurasının bir ildir ölkədə hakimiyyəti ələ keçirmək uğrunda mübarizə aparır.

Prezident sarayı əsgərlər və zirehli texnikalarla mühasirəyə alınıb. Həmçinin, hərbçilər səhər saat 06:00 radələrində Sudan dövlət televiziyasını və radiosunu ələ keçirib və yayımı dayandırıblar. Hal-hazırda efirlərdən yalnız vətənpərvərlik musiqisiləri səsləndirilir.

"Amerikanın səsi"nin müxbiri Harun Maruf Twitterdə yazdığı şərhdə bildirir ki, əsgərlər Hartum küçələrində çıxdı. Hartum hava limanı da artıq hərbçilər tərəfindən bağlanıb.

Son həftələrdə Sudan prezidentinin istefası tələbi ilə nümayişlər keçirilirdi. Etirazçılar Əl-Bəşirin 30 ildir tutduğu vəzifədən uzaqlaşdırılması xahişi ilə orduya müraciət etmişdilər.

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »