Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yataqxanadakı yanğından reportaj - Video

Əli Əhmədov: "Prezidentin də bizdən istədiyi odur ki, köçkünlərin problemləri həllini tapsın"

Bu gün Azərsutikinti Xəstəxanasının məcburi köçkünlərin məskunlaşdığı korpusda yanğın hadisəsi baş verib.

News24.az-ın əməkdaşları hadisə yerində olub və reportaj hazırlayıb.

Əraziyə çatar-çatmaz ilk olaraq ayağından və başından əzilən sakinlər diqqətimizi cəlb etdi. Öz dərdini bizə danışan zərərçəkənlərdən biri Qasımova Şahanə bunları deyib:

"Hadisə baş verən zaman biz həyətdə, uşaqlar isə evdə idi. Yuxarı mərtəbədə 23 ailə yaşayırıq. Yanğın baş verəndə yuxarı çıxdım ki, alovdan içəri keçmək mümkün deyil. Özümü içəri atanda demə, orda şüşə partlayıbmış, ayağım kəsildi, başım yandı. Uşaqları görə bilmirdim. Uşaqları aldım qucağıma. Gördüm ki, alov şiddətlənib. Balaca pəncərənin qarşısında uşağı oturtdum, başını da pəncərədən çıxartdım ki, nəfəs ala bilsin. Kömək gələnə kimi gözlədik. Yuxarıdan qonşular dedi ki, uşağı mələfəyə bağla, yuxarı çəkək. Yanğınsöndürənlər gəlib, kömək elədi. Sonra mən evdə qaldım, pəncərə də bağlandı. Yanğınsöndürənlərin köməkliyi ilə güclə çıxa bildim.

Gülnar Dəmirova:

"Yoldsaşım zəhərlənib, Semaşkodadır indi. Bir neçə uşağı xilas etdi. Etdiyi zaman tüstüdən boğuldu. Yanğın bütün evi bürüdüyü üçün özümüz də pəncərədən düşməli olduq. Üç uşaqla yataqxananın damından aşağı endik".

Məmmədova Gülsüm:

"Mənə deyirlər səbr elə. İki azyaşlı uşağım var - birinin 1 yaşı, digərinin 5 yaşı. Belə adam uşaqları evdə qoyub necə yanğından qaça bilər? Qonşum iki dəqiqə gec gəlsəydi, uşaqlarım yanacaqdı. Təcili Tibbi yardım süni nəfəs verəndən sonra uşaqlarım güclə özünə gəldi. Əvvəllər neçə dəfə dövlət qurumlarına müraciət etmişəmsə, heç kim səsiə səs verməyib. Gərək uşaqlarım yanıb kül olsun, ondan sonra başın sağ olsun deyələr?! Fövqalada Hallar Nazirliyindən rəy verilir ki, burada böyük yanğın olsa, bir nəfər də sağ çıxmayacaq. Mən indi yalnız Prezidentimdən kömək istəyirəm. Bizi bu təhlükədən, əzabdan qurtarsın"!

Yanğın zamanı özünü atan Məstanov Kazım barədə danışan qohumu Həsənov Maarif:

"Həkimin dediyinə görə, Kazımın hazırda vəziyyəti stabildir. Amma bədəni çox əzilib. Özünüz görürsünüz ki, nə vəziyyətdəyik. Bizim halımıza yalnız ağlamaq olar".

Hadisə yerinə gələn dövlət rəsmiləri əvvəl baxış keçirdilər. Daha sonra yataqxana sakinləri ilə görüşərək, onları dinləyib, suallarını cavablandırdılar.

Sakinlərlə söhbət edən Əli Əhmədov bildirdi ki, yaxın zamanda burada yaşayanların problemləri həllini tapacaq:

“Prezidentin də bizdən istədiyi odur ki, köçkünlərin problemləri həllini tapsın. Yanğının baş verdiyi binada məskunlaşan sakinlərin vəziyyəti çox ağırdır. Yeni tikilən mənzillərə daha ağır şəraitdə yaşayan məcburi köçkünlər köçürülür. Ehtiyacı olan məcburi köçkünlərin yeni mənzillərlə təmin edilməsi bizim üçün hədəfdir. Son bir neçə ayda Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda 5-ci dəfədir ki, yanğın baş verib. Mən bununla bağlı nə isə demək istəmirəm. Yanğınların baş vermə səbəbi araşdırılır. Mənzilə ehtiyacı olan sakinlərin sayı həddindən artıq çoxdur. Yaxın illər ərzində bu problemi əhəmiyyətli dərəcədə aradan qaldıracağıq”.

Daha sonra Əli Əhmədov Nizami rayon icra başçısı Arif Qasımova və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə tapşırıqlar verib. Bildirib ki, axşam yenə hadisə yerinə gələcək.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib, saxlanılanlar var
Son xəbərlər
Bütün xəbərlər »