Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
8 milyona ada alan milyonçu mağazadan oğurluq edərkən ilişdi

ABŞ-da milyonçu oğlurluğa görə tutulub. Endryu Frensis Lippi tez-tez bazarlıq etdiyi mağazaya 300 dollar 59 sent ziyan vurubmuş.

Bizimyol.info xəbər verir ki, Lippi hadisədən bir həftə əvvəl 8 milyon dollara ada alıbmış. Amerikalı iş adamının malikanəsində MTV telekanalı realiti-şou çəkmişdi. İndi həmin malikanə sutkası 999 dollara kirayəyə verilir.

Endryu Frensis Lippi Endryu Frensis Lippi

Lippi bir neçə gün ardıcıl mağazaya baş çəkərək iki kofe aparatı, 8 elektrik lampası, çarpayı örtüyü alıb. Geri qaytaranda mağaza əməkdaşları bəzi əşyaların çatmadığını görüblər. Kofe aparatı qutularının birinin içindən basketbol topu çıxıb. Elektrik lampalarını da götürüb, yerinə tamam başqa marka qoyulub.

Lippini əvvəlcə həbs ediblər. Sonra məhkəməyə qədər evə buraxmaq qərarına gəliblər. Milyonçu günahını boynuna almır. Kamera görüntüləri Lippinin əleyhinə danışır.

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
Son xəbərlər
Bütün xəbərlər »