Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrandan Türkiyənin əməliyyatına reaksiya: "Bunun zərəri olacaq"

Kürd problemi hərbi yolla həll edilə bilməyəcək, onlara qarşı əməliyyatın yalnız zərəri olacaq.

Axar.az xəbər verir ki, bu sözləri İranın Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Haşmətullah Fəlahətpişə deyib.

"Hər bir halda bütün ölkələr bu problemin strateji yollarla həll edilməsini gözləyir, bu səbəbdən məsələ daha yaxşı bir üsulla həll olunmalıdır", - Fəlahətpişə bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın kürd qüvvələrini geri çəkməyəcəyi təqdirdə Fəratın şərqində və Menbiçdə PYD/YPG-yə qarşı hərbi əməliyyat başlamağa hazır olduğunu bildirmişdi.

Son xəbərlər
Bütün xəbərlər »