Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nurməhəmmədov Ronaldudan danışdı: Hər matçdan sonra yazışırıq
Rusiyanın qarışıq əlbəyaxa döyüş növləri ustası Həbib Nurməhəmmədov “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldu ilə olan münasibətlərindən danışıb.

Bu barədə “Matç TV” məlumat yayıb.

Nurməhəmmədov hər matçdan sonra K.Ronaldu ilə yazışdığını, ancaq təhlükəsizlik məsələlərinə görə onu Dağıstana dəvət etməyi planlaşdırmadığını söyləyib.

“Bura gəlsə, onun mühafizəsini təşkil etməli olacağam. Onun həyatına cavabdehlik daşıya biləcəyimə əmin deyiləm. Öz istəyi ilə istənilən vaxt gələ bilər. Burada onu qarşılamağa şad olaram”, - deyə Nurməhəmmədov bildirib.

Rusiyalı idmançı portuqaliyalı futbol ulduzu ilə “Instagram”da tanış olub. 2018-ci ilin fevral ayında idmançılar görüşərək, bir-birilə hədiyyə mübadilə etmişdilər: rusiyalı “Yuventus” forvardına papaq hədiyyə edib, qarşı tərəf isə ona imzalı futbolkasını təqdim edib.(oxu.az)

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Sərhəddə silahlı insident: iki hərbçimiz şəhid olub
››› Zəngəzurdakı danışıqlara Rüstəm Muradov rəhbərlik edir
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Qeyts keçmiş həyat yoldaşına milyardlarla dollar təzminat ödədi
Son xəbərlər
Bütün xəbərlər »