Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda qanunsuz toyuq istehsalı: Donuzlarla eyni yerdə saxlayırmışlar - Fotolar

Antisanitar şəraitdə fəaliyyət göstərən daha bir toyuq istehsalı yeri aşkarlanıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində monitorinqlər keçirilib və qəsəbədə Kərimov Ramiz Raqub oğluna məxsus qanunsuz fəaliyyət göstərən istahsalat sahəsində müxtəlif təsərrüfatlardan qəbul olunan və heç bir mənşə sənədi olmayan quşların kəsimi və emalının həyata keçirildiyi aşkarlanıb.

Baxış zamanı baytarlıq-sanitar və sanitar-gigiyenik normaların ciddi şəkildə pozulduğu, anti-sanitar şəraitdə quş kəsimi və təmizlənməsinin həyata keçirildiyi aşkar edilib.

500 ədəd soyudulmuş toyuq cəmdəyi aşkar olunan qanunsuz emal sahəsində heç bir texniki-normativ tələblərə əməl edilmədən kustar üsulla toyuqların kəsildiyi, daha sonra antisanitar şəraitdə tükdən təmizləndiyi və uzun müddət su ilə doldurulmuş natəmiz vannalarda saatlarla saxlanıldığı müəyyən olunub.

Eyni zamanda, qanunsuz emal yerinin donuz yetişdirmə sahəsi ilə eyni ərazidə olduğu aşkar olunub.

Son xəbərlər
Bütün xəbərlər »