Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda kriminal avtoritet saxlanıldı
Bakının Sabunçu rayon Polis İdarəsinin əməkdaşları ağır cinayətlər üzrə əvvəllər məhkum olunan yerli sakinlərdən iri partiyada narkotik vasitə və odlu silah müsadirə edib.

Bu barədə Oxu.Az-a rayon Polis İdarəsindən məlumat verilib.

Aprelin 8-də “Maştağa” qəsəbəsində əməliyyatçılar əvvəllər qətlə görə məhkumluğu olan 1975-ci il təvəllüdlü Babayev Mütəllim Əmirəli oğlunu saxlayıb. Saxlanılan zaman onun üzərində 5,697 qram heroin olub.

M.Babayevin evində aparılan axtarış zamanı əməliyyatçılar daha 104 qram marixuana, 3 kiloqram 200 qram heroin və “Vinçester” tipli tüfəng aşkarlayaraq müsadirə edib.

Kəndin daha bir sakini – qəsdən adam öldürmə maddəsi ilə Rusiyada cəza çəkmiş kriminal avtoritet – 1975-ci il təvəllüdlü Hüseynov Rafael Oktay oğlu saxlanılıb. Polis əməkdaşları onun evində beş kiloqramdan çox marixuana aşkarlayıb.

Keçmiş məhbusların hər ikisinin narkotik vasitə alveri ilə məşğul olduğu müəyyənləşib. Hazırda fakt üzrə araşdırma aparılır. Cinayət işi açılıb.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
Son xəbərlər
Bütün xəbərlər »