Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha bir məhsulun istehsal tarixində saxtakarlıq: Araşdırılma aparılır - Foto

Məhsul bu gün istehsal olunsa da, istehsal tarixi saxtalaşdırılaraq bir neçə gün sonraya yazıldı.

Bizimyol.info xəbər verir ki, bu haqda tanınmış şair Rauf Qərib məlumat verib. O, bildirib ki, 9 aprel tarixində məhəllə marketlərindən birində aldığı, "Sehirli sac" şirkətinə məxsus lavaşı evə gətirdikdən sonra onun istehsal tarixinin saxtalaşdırıldığını görüb. Belə ki, məhsulun istehsal tarixi saxtalaşdırılaraq 10 aprel tarixindəki kimi göstərilib.

Məsələ ilə bağlı Bizimyol.info adıçəkilən "Sehirli Sac" şirkəti ilə əlaqə saxlayıb. Şirkətin satış meneceri Zaur Hümbətovun verdiyi məlumata görə onlar bilərəkdən istehsal tarixini bir gün öncəyə qoyurlar:

"Biz həmişə elə edirik. Bu gün istehsal olunur biz sabahkı tarixlə satış nöqtələrinə veririk. Satış nöqtələrindən elə tələb olunur. Bəzən isə yalnışlıqla sabaha olan lavaşları bugünə satırlar. Biz həm də rayonlara məhsullar göndəririk. Konkret satış həyata keçirdiyimiz marketlər şəbəkəsi yoxdur, ünvanımız Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşir. Kim yaxınlaşırsa biz ona məhsul satırıq".

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdir müavini- ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva Bizimyol.info-ya açıqlamasında bildirib ki, məhsulun istehsal tarixinin saxtalaşdırılması yolverilməzdir:

"Qanunvericiliyə əsasən qida məhsullarının üzərində istehsal tarixi məhsulun istehsal edildiyi günü əks etdirməlidir. Etiket üzərində bir gün sonrakı tarixin qeyd olunması yolverilməzdir.

İstənilən qida məhsulunun etiketində məhsulun adı, tərkibi, miqdarı (kütlə, həcm), istehsal tarixi, son istifadə tarixi, saxlama şərtləri, istehsalçının adı və ünvanı, istifadəyə dair tövsiyələr və ya məhdudiyyətlər, qida dəyəri göstəriciləri əks olunmalıdır".

Həmçinin agentlik rəsmisi bildirib ki, sözügedən faktın araşdırılmasına başlanılıb və nəticələri varədə ətraflı məlumat veriləcək:

"Qeyd etdiyiniz faktla bağlı, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən məlumat mediadan götürülüb və araşdırılmasına başlanılıb. Nəticələr barədə ətraflı məlumat veriləcək".

Bizimyol.info

Paylaş »
››› İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirib
››› Lavrovun Bakı səfəri: Nə verib, nə alacaq?
››› BMT Təhlükəsizlik Şurası təcili toplanır - İsrail-Fələstin toqquşması
››› "Rusiyanin başqa variantı yoxdur"
››› Azərbaycan NATO üçün tranzit rolunu oynayacaq - Danışıqlar gedir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Putin silahlarla bağlı göstəriş verdi
Son xəbərlər
Bütün xəbərlər »