Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sığorta şirkətlərini acınacaqlı vəziyyət gözləyir”- Açıqlama

“Tibbi sığorta haqqında” qanun 28 oktyabr 1999 cu ildə qəbul olunmasına baxmayaraq, 15-ci maddə olan “İcbari Tibbi Sığorta” haqqında müddəalar, yeniliklər yarımbəndlər olaraq ötən il qəbul edilib”.

Bu barədə bizimyol.info-ya sığorta üzrə ekspert İlkin İbrahimov bizimyol.info-ya bildirib.

İlkin İbrahimov

O deyib ki, qanunda icbari tibbi sığorta haqqından azad olunanların siyahısı aşağıdakı kimi müəyyən edilib: Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsi və ya Mülki Məcəlləyə uyğun olaraq mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda, 18 yaşınadək şəxslər, peşə təhsili, orta iхtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsilalma forması üzrə təhsil alan 23 yaşınadək olan vətəndaşlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən növündən asılı olmayaraq əmək pensiyası alan şəxslər, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial müavinət almaq hüququna malik olan əmək qabiliyyəti olmayan şəxslər, “Ünvanlı dövlət sosial yardım haqqında” qanununa uyğun olaraq ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonra 42 gün müddətində qadınlar, Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar icbari tibbi sığorta haqqından azad olunublar. Yəni yuxarıda sadalanan şəxslərin sığorta haqqı dövlət büdcəsi hesabına ödənəcəkdir”.

Ekspert bildirib ki, “Tibbi sığorta haqqında” qanununda qeyd olunan müddəalər sığorta şirkətlər üçün problem yaradacaq: “Qanuna əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənilən təqvim haqqının 50 faizi, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanununa əsasən sığortalının sığorta müqaviləsi üzrə sığortaçıya ödədiyi sığorta haqqının 5 faizini ödəyəcəklər.

Hesab edirəm ki, qeyd olunan məbləğlər İcbari Tibbi Sığorta Agentliyinə köçürülsə, ölkədə sığorta şirkətlərini çox acınacaqlı vəziyyət gözləyir. Bütün icbari sığorta iştirakçıları bu barədə öz fikrini Maliyyə Bazarlarına Nəzarət Palatasına bildirməlidir. Onlar isə yuxarı orqan kimi hökumətə təkliflərlə hazırlamalıdır. Məncə hökumət bu yöndə sığortaçıları başa düşəcək”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »