Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Buludlar həmişəlik yoxa çıxa bilər

Belə bir ssenari barədə düşünmək belə, dəhşətlidir. Buludlar yoxa çıxır, göyün üzü tərtəmiz. Günəş həmişə üfüqdə görünür. Real təsir bağışlamır, amma əslində mümkündür.

Bizimyol.info xəbər verir ki, “Nature Geoscience” jurnalındakı məqalədə bu haqda yazılıb. Hələ 55 milyon il əvvəl belə hadisə baş vermişdi. Onda Antarktidada əsas buz örtüyü ərimişdi. Okeanın səviyyəsi bir neçə metr yüksəlmişdi. Sahilləri su basmışdı. Məməli heyvanların xeyli hissəsi məhv olmuşdu. Qida qıtlığı yaranmışdı. Heyvanların sayı çox azalmışdı.

Jurnaldakı yazıda əsas günahkar göstərilir. Atmosferdə zərərli qazların artması bizi faciəyə apara bilər. Zərərli qazların konsentrasiyası 1200 pmm miqdarını keçərsə, bundan buludlar ziyan görəcək. Səma hadisəsinin yoxa çıxması bizi Günəşlə üzbəüz qoyacaq. Yanar planetdən qorunmaq imkanımızın əldən çıxması okean sularının qızmasına gətirib çıxaracaq. Bir növ hər şey zəncirvari olacaq. Yer kürəsində orta temperatur 8 dərəcə artacaq. Təbiət kataklizmləri bir-birini əvəz edəcək. Heyvanlar, bitkilər məhv olacaq.

Ortaya əks arqument qoymağa çalışanlar da var. Bir o məlumdur ki, atmosferi bu qədər çirkləndirmək olmaz. Əlbəttə, elm yenə bir şey düşünəcək. Amma dəhşətli ssenarinin baş tutması da mümkündür.

Paylaş »
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› Rusiya daha 5 ölkə ilə uçuşları bərpa edəcək
Son xəbərlər
Bütün xəbərlər »