Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Hacı Nuran formal olaraq o fotoşəkili paylaşıb" - Foto

Xəbər verdiyimiz kimi aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.

On milyonuncu sakinin dünyaya gəlişi isə sosial mediada ciddi müzakirələrə səbəb olub. Bundan dolayı isə teleaparıcı kimi tanınmış xeyiriyyəçi Hacı Nuranın körpə uşaqla şəkil paylaşması sosial şəbəkələrin gündəmi olub. Qısa bir müddətdən sonra Perinatal Mərkəzin direktoru Sevinc Məmmədovanın yerli mətbuata verdiyi açıqlamaya görə, Hacı Nuran Respublika Perinatal Mərkəzində olmayıb və onun şəklini paylaşdığı uşaq 10 milyonuncu vətəndaş deyil.

Məsələ ilə bağlı Bizimyol.info Hacı Nuranla əlaqə saxlayıb. Zəngi cavablayan isə onun köməkçisi olub. O məsələyə aydınlıq gətirərək bildirib ki, Hacı Nuran formal olaraq o fotoşəkili paylaşıb və paylaşımında da xüsusilə qeyd etməyib ki, o on milyonuncu uşaqdır:

Hacı Nuran Hacı Nuran

"Hacı Nuran hazırda tədbirdə olduğu üçün onunla danışmaq mümkün deyil. Fotoşəkilə gəlincə isə, formal olaraq o şəkli paylaşıb. Paylaşımında da qeyd etməyib ki, bu, on milyonuncu sakindir. Nuranın sosial şəbəkələrdə və mediada yayılan məlumatlardan, onun əleyhinə yazanlardan xəbəri var. Özü yəqin ki, bu haqda açıqlama verəcək".

Bizimyol.info

Paylaş »
››› Zəngəzurda gərginlik: “Azərbaycanlılar gölün yanındadır” – Ermənistan mətbuatı
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› ABŞ Azərbaycan və Ermənistana çağırış etdi
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Livandan İsrailə raketlər atılıb
››› Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik müzakirə edildi
Son xəbərlər
Bütün xəbərlər »