Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Babək prospektində yol yenə çökdü - Video

Yeni təmirdən çıxmış Babək prospektində yenidən çökmə olub.

“XəzərXəbər”-in məlumatına görə, yolun bir hissəsində yaranan çökəklik bu yoldan istifadə edənlərə çətinliklər yaradır. Sürücülər məcbur olaraq ya avtomobili çökəkliyə salmalı olurar, ya da ani manevr etməklə qəza şəraiti yaradırlar.

Görüntülər bir neçə ay öncə təmir edilən Babək prospektindəndir.

Sürücülər deyir ki, yolda yaranan maneədən yayınmaq üçün əksər sürücü avtomobilini ani olaraq ya sağa sola çəkməli olur. Nəticədə isə digər sürücülər üçün real qəza şəraiti yaranır. Xüsusilə də axşam qaranlıq saatlarında çuxuru görmək daha çətin olur.

Məsələylə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət agentliyindən isə bildirilib ki,əraziyə baxış keçiriləcək və problem aradan qaldırılacaq.

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »