Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə DİN başçısı: "İstanbulda seçkidə saxtalaşdırma halları olub"

Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkiləri zamanı İstanbulda saxtalaşdırma halları baş verib.

“Report” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

S.Soylu İstanbulun Böyük Çəkməcə inzibati bölgəsində bəzi seçicilərin yaşayış yeri barədə məlumatların saxtalaşdırmasına dair iddialarına münasibət bildirərək baş verən halı saxtakarlıq kimi dəyərləndirib: “Ortada cinayət əməli var. Seçkilərə yönələn dələduzluq və saxtakarlıqla üz-üzəyik”.

Saxtakarlığın əvvəlki bələdiyyə rəhbərinin yaxınları tərəfindən törədildiyini qeyd edən nazir buna hazırlığın uzun müddət ərzində aparıldığını bildirib: “350 nəfərə qarşı cinayət iddiası qaldırmışıq. Bu məsələ AKP-nin şikayəti əsasında ortaya çıxıb”, - deyən nazir bu məsələyə dair araşdırmaların hələ yanvar ayından başladığını diqqətə çatdırıb.

Son xəbərlər
Bütün xəbərlər »