Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yunanıstanda sualtı muzey açılır - Fotolar

Qədim dünyanı tanımaqda Yunanıstanın rolu böyükdür. Burada xeyli arxeoloji abidə var. Sadəcə, bir çoxu suyun altında qalıb. Buna görə də Yunanıstanda sualtı muzey açmaq qərarına gəliblər.

Bizimyol.info xəbər verir ki, Avropanın qədim ölkəsində turistlərə suyun altında qalan tarixi əşyaları, abidələri görmək imkanı yaradılacaq. İndiyə qədər su hövzələrində adamlara arxeoloji qalıqların ola biləcəyi dərinliklərə baş vurmasına qadağa qoyulmuşdu. Qadağa aradan götürülür. Sadəcə, rəsmi orqanlar buna nəzarət edəcək.

Sualtı muzey, Yunanıstan Sualtı muzey, Yunanıstan

Hökumət artıq dayverlərə Egey dənizinin qərbində, Alonissos adasının yaxınlığında batan gəminin qalıqlarına baxmağa şərait yaradıb. Gəmi V əsrdə batıb. Böyük ehtimalla içində şərab olan ikiqulplu dolçalar daşıyırmış. Geridə qalan müddətdə gəmi sıradan çıxıb. Taxtalar çürüyüb. Gəminin metal hissələri yararsız hala düşüb. Amma dolçalar yaxşı vəziyyətdədir. 25 metr dərinlikdə bunları görmək mümkündür.

Sualtı muzey, Yunanıstan Sualtı muzey, Yunanıstan

Yunanıstan sularında bu cür batan gəmilər çoxdur. Nə qədər belə dolçalar, qablar balıqların, su sakinlərinin evinə çevrilib. Elə gəmilər var ki, hələ eramızdan əvvəl dənizin dibinə yuvarlanıb. İndi turistlər üçün onları lap yaxından görmək şans yaranıb.

Son xəbərlər
Bütün xəbərlər »