Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baxçalı İstanbulda yeni seçkilərin anonsunu verdi
Milli Hərəkat Partiyasının ( MHP) sədri Dövlət Baxçalı hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbulda bələdiyyə seçkilərinin yenidən keçirilməsi tələbini dəstəkləyib.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, Baxçalı seçkilərin yenidən keçirilməsinin demokratiyanın göstəricisi olduğunu bildirib.

“Seçkilərdən sonra 29 min səs fərqi olduğu məlum oldu. Etirazlardan sonra səslər yenidən sayıldı və səs fərqində dəyişiklik baş verdi. Bu, təbiidir, amma indi belə bir proses zamanı işi davaya sürükləmək, sabitliyi qarşılıqlı şəkildə pozan davranışlara yol vermək doğru deyil. Qərarı Yüksək Seçki Qurumu (YSK) verməlidir.

Əgər demokratik dövlətdə keçirilmiş seçkinin nəticələri kütlənin vicdanını rahatlaşdırmırsa, o zaman o vicdanın hüzuru üçün yeni seçkilər keçirilə bilər. Bunun müddəti 60 gündür. 60 gün sonra ilk bazar günü seçkilər baş tuta bilər. Bundan incimək lazım deyil”, - deyə MHP sədri qeyd edib.

Son xəbərlər
Bütün xəbərlər »