Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məktəblilər video çəkmək xatirinə evi yandırdılar

Sosial şəbəkələrdə tanınmaq, daha çox bəyənmə qazanmaq adamların ağlını aparıb. Bunun üçün hətta ev yandıranlar da var.

Bizimyol.info xəbər verir ki, Rusiyada belə hadisə baş verib. Leninqrad vilayətində məktəblilər internetdə məşhurlaşmaq üçün ev yandırmaq qərarına gəliblər. Orta məktəbdə oxuyan üç oğlan Turışkino kəndində bir qadının mülkiyyətini yandırıblar. Düzdür, ev tam hazır halda deyilmiş. Qadın tikilini yaxın vaxtlarda tamamlamaq istəyirmiş. Məktəblilər də evin yiyəsizliyindən istifadə ediblər. Evi yandırıb videoya çəkəndən sonra tez hadisə yerindən uzaqlaşıblar.

Məktəblilər qaçsa da, onların əməli haqda kənddə xəbər tutublar. Uşaqlardan birinin atası qadına dəymiz zərəri ödəməyi boynuna götürüb.

Son xəbərlər
Bütün xəbərlər »