Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nüfuzlu “qanuni oğru” azadlığa çıxdı və yenidən tutuldu

Kriminal aləmin ən nüfuzlu "qanuni oğru"su, "Taro" ləqəbli" Tariel Muluhov (Oniani) aprelin 9-da azadlığa çıxıb.

"Qafqazinfo" xəbər verir ki, hüquq-mühafizə orqanlarından bildirilib ki, Oniani sərbəst buraxılan kimi Rusiyadan Gürcüstana deportasiya olunub. O, Tbilisidən Türkiyəyə keçəcək, artıq bileti alınıb. Burada onun tərəfdaşlarının böyük əksəriyyəti məskunlaşıb.

Qeyd edək ki, 2010-cu ilin iyulunda Moskvanın Xamovniçeski məhkəməsi 61 yaşlı Onianini insan oğurluğu və dələduzluqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib. Moskvalı biznesmeni oğurlamaqda ittiham olunan "Taro" 2019-cu ilin iyununda azadlığa çıxmalı idi. Lakin hələ 2017-ci ildə "qanuni oğru" məhkəmə yolu ilə cəzasını 9 il 10 ay müddətinə azaltmağa nail ola bilib.

"RİA Novosti" xəbər verir ki, "Taro" azadlığa çıxdığı gün yenidən həbs olunub. Bu barədə Sol-İletsk məhkəməsinin nümayəndəsi Liniza Şevçik bildirib.

Tariel Muluhanov 40 gün, yəni mayın 19-na qədər həbsdə olacaq.

Onun həbsinə səbəb kimi İspaniya hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilməsi göstərilir.

Paylaş »
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
Son xəbərlər
Bütün xəbərlər »