Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur iş adamının axtarışı üçün İnterpola sorğu göndərildi
Rusiya Daxili İşlər Nazirliyi İngiltərənin “Hermitage Capital” investisiya fondunun rəhbəri Uilyam Brauderin axtarışa verilməsi üçün İnterpola müraciət ünvanlayıb. “Qafqazinfo”nun “TASS” agentliyinə istinadən xəbərinə görə, Brauder cinayətkar qruplaşmanın təşkilində ittiham edilir.

“Bu, Rusiya hüquq-mühafizə orqanlarının ilk belə cəhdi deyil. İnterpol bundan öncəki müraciətləri araşdırdıqdan sonra Brauderə qarşı ittihamları siyasi təzyiq kimi dəyərləndirərək onun axtarışı barədə tələbi ləğv edib”, - deyə səhmdarın vəkili Aleksandr Antipov məlumat verib.

Qeyd edək ki, 54 yaşlı Uilyam Brauder barəsində Rusiyada iki dəfə axtarışla həbs qərarı verilib. Moskvanın Tver rayon məhkəməsi 11 iyul 2013-cü ildə onu 522 milyon rubl vergini ödəməməkdə təqsirli bilərək 9 il müddətinə azadlıqdan məhrum edib. Bundan başqa, iş adamına 2 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qadağan edilib. Rusiya 2014-cü ilin iyulunda Brauderi beynəlxalq axtarışa verib. Rusiya Baş Prokurorluğu İnterpola onun həbsinə dair dəfələrlə sorğu göndərib.

Bundan başqa, Moskvanın Tver rayon məhkəməsi 29 dekabr 2017-ci ildə Brauder barəsində 9 il müddətinə azadlıqdan məhrumedilmə hökmü çıxarıb. O, 3 milyard dollardan çox vergini ödəməməkdə günahkar bilinib.

Son xəbərlər
Bütün xəbərlər »