Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təqaüdçüyə "psixoloji basqı" altında xəz palto aldırdılar

Rusiyanın paytaxtı Moskvada təqaüdçü qadın tanımadığı iki şəxsdən polisə şikayət edib. Dediyinə görə, həmin adamlar ona məcburi xəz palto satıblar.

Bizimyol.info xəbər verir ki, polisə gələn 80 yaşlı təüaüdçü onların davranışını psixoloji hücum adlandırıb. Yunanıstandan olan iki əcnəbi onu xəz palto almaq üçün dilə tutublar. Üstəlik, yaşlı qadına iki yataq dəsti də satıblar. Ümumilikdə moskvalını 30 min rubl (təxminən 463 dollar) xərcə salıblar.

Təqaüdçünü küçənin ortasında yola gətiriblər. Ostaşkovsk küçəsində ona əşyaları satandan sonra çıxıb gediblər. Qadın xəz paltonu yararsız sayır. Polis hadisəni araşdırır.

Son xəbərlər
Bütün xəbərlər »