Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Vacib olan maliyyə nəzarətidir ki, Azərbaycanda maliyyə şokları yaşanmasın”

Əflatun Amaşov: “Təklıflər aidiyyəti qurumlar tərəfindən nəzərə alınmır.

“Bir sıra hallarda Hesablama Palatasının təklifləri aidiyyatı qurumlar tərəfindən nəzərə alınmır”. Bizimyol.info xəbər verir ki, bunu Milli Məclisdə Hesablama Palatasının illik hesabatının müzakirəsi zamanı deputat Əflatun Amaşov deyib.

“Artıq neçə ildir ki, Palatanın hesabatlarını diqqətlə izləyirəm. Qurum hər dəfə öz hesabatında çoxsaylı nöqsanlar aşkarlayır, çox vacib təkliflər irəli sürür. Təəssüf ki, həmin dəyərli təklıflər aidiyyəti qurumlar tərəfindən nəzərə alınmır. Belə olsaydı, Palata növbəti hesabatında bir daha həmin nöqsanları yenidən qeydə almaz, məlum təklifləri təkrarən hesabata daxil etməzdi. Bu da məsuliyyət hissi ilə bağlıdır. Düşünməliyik, necə edək ki, bu məsuliyyətsizlik aradan qalxsın, qurumlar hesabatda göstərilən səhvlərini aradan qaldırsınlar. Bunu edə bilməsək, inanmıram ki, Palatanın dərin araşdırmaları, təhlilləri, təklifləri öz faydasını tam şəkildə verə biləcək”.

Deputat əlavə edib ki, vacib olan maliyyə nəzarətidir ki, Azərbaycanda maliyyə şokları yaşanmasın. “Necə ki, vaxtilə Beynəlxalq Bankla bağlı yaşanmışdı. Bu gün bu hesabatla tanış olanda bir daha əmin oluram ki, acı yaxın keçmiş təkrarlanmayacaq. Çünki Hesablama Palatası işinə məsuliyyətlə yanaşır. Qurum dövlət vəsaitlərinin qanunauyğun, səmərəli istifadəsini təmin edir, şəffaflığın yüksəldilməsinə, hesabatlılığın artırılmasına dəstək olur. Mən sadalamaq istəmirəm, düşünürəm ki, Palata ümumilikdə nöqsanları və çatışmazlıqları da yetərincə ortaya qoya bilir”.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
Son xəbərlər
Bütün xəbərlər »