Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenskinin anası: "Poroşenko oğlumu məhv edir"

Ukrayna prezidentliyinə namizəd Vladimir Zelenskinin anası Rimma Ukraynanın indiki başçısı Petro Poroşenkonun onun oğlunu məhv edəcəyini söyləyib.

Bizimyol.info xəbər verir ki, bu barədə Rimma xanım "Gromadske" telekanalına məlumat verib.

Onun sözlərinə görə, şoumen yaxşı insandır amma televiziya kanalları ona qarşı ədalətsiz davranırlar - "qarayaxma" ilə məşğuldurlar.

"Mən hesab edirəm ki, bu təbliğat Poroşenkonun xeyrinədir. Belə vasitələrlə onlar mənim oğlumu məhv edir!", - deyə Zelenskaya qeyd edib. O bildirib ki, Ukraynanın lideri - ölkə rəhbəri yüksək mədəniyyətə sahib olmalıdıq.

Pyotr Poroşenko

Daha sonra Zelenskinin narkotiklə bağlı təkrar testən keçməkdən imtina etdiyi barədə məlumatlar yayılıb.

Məlum olduğu kimi, martın 31-də Ukraynada prezident seçkiləri keçirilib. Heç bir namizəd birinci turda lazımi sayda səs toplayaraq rəqiblərinə qalib gələ bilməyib. Seçkinin nəticələrinə görə qazandığı səslərin sayına görə lider şoumen Vladimir Zelenski 30,24%, ikinci yerdə isə indiki prezident Petro Poroshenko qərarlaşıb. O, səslərin 15,95% -ni toplayıb.

İkinci tur 21 Apreldə keçiriləcək.

Son xəbərlər
Bütün xəbərlər »