Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Gözləməliyik ki, kimsə 5 il müddətində idarə etdiyi qurumu yeyib dağıtsın”

Siyavuş Novruzov: “Palata tərəfindən hesabatlar 6 aylıq və ya 1 illik olmalıdır”

“Biz gözləməliyik ki, kimsə 5 il müddətində idarə etdiyi qurumu yeyib dağıtsın, sonra aşkara çıxsın ki yeyinti var və ohəmin vəsait büdcəyə geri qaytarılsın. Burada itirən dövlət, insanlardır. Çüki, həmin vəsaitlər vətəndaşların sosial rifah halına müsbət təsir göstərə bilər”. S. Novruzov bildirib ki, nöqsan, korrupsiya hallarının zamanında aşkarlanması üçün Palata tərəfindən hesabatlar 6 aylıq və ya 1 illik olmalıdır”

Bizimyol.info xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin iclasında Hesablama Palatasının hesabatının müzakirəsi zamanı çıxış edərkən deyib.

O qeyd edib ki, Milli Məclis tərəfindən Hesablama Palatası haqqında yeni qanun qəbul olunub. “Hər kəsə məlumdur ki, Palata öz imkanları daxilində kifayət qədər fəaliyyət göstərir, hətta bir çox hallarda imkanlarından da kənar böyük fəaliyyət göstərir. Amma strukturda ciddi şəkildə dəyişikliyə ehtiyac var. Yeni sistemə daxil olmalıyıq. Azərbaycanda struktur islahatları aparılır, yeniləri yaradılır, köhnələri ləğv olunur. Bu baxımdan Palatanın gələcək fəaliyyətini qanun əlavə və dəyişikliklər etməklə, Prezident tərəfindən həyata keçirilən islahatlar sürətinə gətirib çıxarmalıyıq.

Ona görə də Palata aralıq dövrdə ciddi şəkildə monitorinqlər aparılmalıdır. Əgər lazımdırsa, bura kadrlar cəlb olunmalı, korrupsiyaya meylli şəxslər tapılmalıdır. Gələcəkdə bunlar nəzərə alınmalı, bu işləri yeni metodla həyata keçirməliyik. Palataya əlavə dəstək verməklə büdcəyə nəzarət edən orqan kimi bu məısələdə bundan sonra da ciddi addımlar atsın”.

Rəşad VQAQİFOĞLU

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib, saxlanılanlar var
Son xəbərlər
Bütün xəbərlər »