Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Musa Yaqub ağır durumdadır, o, yardım istəyir”
Fazil Mustafa: “Prezident mədəniyyət xadimləri ilə görüşündə bəziləri atalarına heykəl qoyulmasını, adlrına küçə verilməsini istəyiblər”

“Prezident yaradıcı insanlarala görüşür, ictimai məsələlər kənarda qalır, şəxsi probleilərini önə çəkirlər. Bu gün Musa Yaqub ağır durumdadır, o, yardım istəyir, ona kimsə yardım etmir. Amma yüzlərlə ölkənin həyatında rolu olmayan adamlara yardım edilir. Biz yaradıcı insanlara zamanında dəyərini verməliyik”.

Bizimyol.info xəbər verir ki, bunu Milli Məclisdə deputat Fazil Mustafa deyib. O bildirib ki, təkcə idman sahəsində deyil, həm də yaradıcı insanların problemlərinə diqqət yetiriılməlidir.

“Məsələn, mən demirəm ki, Musa Yaquba, Ramiz Rövşənə niyə Xalq şairi, Süleyman Abdullayevə Xlaq yazıçısı adı verilmir, əslində onlar Xalq şairi, Xalq yazıçılarıdır. Ancaq heç olmasa ağır durumda olan şairin səhhəti ilə bağlı məsələyə diqqət yetirmək olar”.

Deputat kitab və çap məhsulları vergidən azad edilməsinin də vacib olduğunu deyib: “Prezident İlham Əlyiev mədəniyyət xadimləri ilə görüşündə bəziləri atalarına heykəl qoyulmasını, adlrına küçə verilməsini istəyiblər. Heç kim kitab və çap məhulları sahəsində 18 faiz əlavə dəyər vergisinin ləğv olunmasını təklif etmədi. Gürcüstan və Türkiyədə bu vergi ləğv edilib. Hesab edirəm ki, Azərbaycanda da bu addım atılmalıdır”.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› DSX-nin əsgəri özünü güllələyib
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
Son xəbərlər
Bütün xəbərlər »