Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Büdcədən 23 milyon oğurlayanlar barədə hansı tədbir görülüb?”
Qüdrət Həsənquliyev: “Bu gün “oğurlayım, üstü açılsa, sonra qaytarıb yerinə qoyaram” yanaşması var”

“Biz sadəcə Hesablama Palatasının fəaliyyətinə qiymət verməli deyilik. Həmçinin Hesablama Palatasının hesabatında göstərilən nöqsanların aradan qaldırılması üçün ali qanunverici orqan olaraq hərəkətə keçməliyik. Çalışmalıyıq ki, öz üzərimizə düşən vəzifələri yerinə yetirək və Hesablama Palatasına dəstək olaq”.

Bizimyol.info xəbər verir ki. bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisdə Hesablama Palatasının illik hesabatının müzakirəsi zamanı söylədi. Bildirdi ki, parlament bu istiqamətdə hökumətlə əməkdaşlıq etməlidir:

Qüdrət Həsənquliyev

“Hökumətdən də soruşaq ki, məsələn, niyə Hesablama Palatasının təqdim etdiyi 21 təklifdən 13-ü nəzərə alınıb, 4-ü nəzərə alınmayıb, 4-nə isə baxılmayıb? Biz bu məsələlərdə Palataya dəstək verməliyik”. Q.Həsənquliyev Palatanın hesabatında cinayət faktlarının əksini tapdığını bildirdi: “Büdcədən 23 milyon oğurlamış şəxslərin haqqında hansı tədbir görülüb? Bu gün “oğurlayım, üstü açılsa, sonra qaytarıb yerinə qoyaram” yanaşması var. Hesab edirəm ki, təkcə Hesablama Palatasının bu faktları müvafiq qurumlara göndərməsi ilə kifayətlənməli deyilik. Biz də öz adımızdan həmin materialları Baş Prokurorluğa göndərə bilərik ki, tədbirlər görülsün”.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirib
››› Azərbaycan 44 saata Qarabağın dağlıq hissəsini terrorçulardan təmizləyə bilər
››› Hansı bizə daha yaxındır: Fələstin, yoxsa İsrail...
››› BMT Təhlükəsizlik Şurası təcili toplanır - İsrail-Fələstin toqquşması
››› "Rusiyanin başqa variantı yoxdur"
››› Ermənistanda vəzifəli şəxslər həbs edilib
››› Ceyhun Bayramov və Lavrovun görüşünün təfərrüatı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »