Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Market rəhbərindən məktəblilər üçün ibrətlik addım - Foto

Paytaxt sakini Qəşəm Niftəliyev Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyindəki marketində məktəblilər üçün maraqlı aksiya başladıb.

Bizimyol.info xəbər verir ki, o, gündəliyindəki “5” qiymətini göstərən şagirdlərə dəftər, qələm, kökə və s. həvəsləndirici hədiyyələr təqdim edir.

Q.Niftəliyev bildirib ki, məqsədi şagirdlər arasında təhsil sahəsində rəqabəti artırmaqdır:

"“5” alan şagirdin yanında başqa bir şagird olanda iki hədiyyə verirəm ki, o da görüb həvəslənsin. Həqiqətən də elə olur. Səhəri gün həmin uşaq da gündəliyindəki “5”-i göstərib hədiyyə qazanır. Əvvəllər bütün günü küçədə oynayan uşaqlar indi evə gedib dərs oxuyur ki, yaxşı qiymət alsın və hədiyyə qazansın. Düzdür, oxuyan uşaq onsuz da oxuyur, amma təhsildən uzaq düşən uşaqlar indi xeyli həvəslənib.

Fikirləşirəm ki, rübün sonunda əlaçı seçilənlərə və universitetə qəbul olanlara daha böyük hədiyyələr hazırlayım. Həmçinin şərəf lövhəsinə vurulmuş fotosunu göstərənlərə də hədiyyə verməyi düşünürəm. Onların məktəbə, dərsə həvələnməsi üçün əlimdən gələni edirəm. Bəzən ayrı-seçkilik olmasın deyə bizim marketdən alış-veriş etməyən şəxslərin də uşaqlarına hədiyyə verirəm”.

Son xəbərlər
Bütün xəbərlər »