Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Büdcəyə 23 milyon manat vəsait qaytarılıb”
“Ən ciddi nöqsanlar əsasən Maliyyə Nazirliiy, Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı olub və bu qurmmlar fəaliyyətlərindəki nöqsanları aradan qaldırmalıdır”.

Bizimyol.info xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisdə Hesablama Palatasının illik hesabatının müzakirəsi zamanı deyib.

Deputat vurğulayıb ki, Hesablama Palatası təkcə baş verən nöqsanlara ciddi yanaşmamamlı, eyni zamanda nöqsana yol verən qurumlar barədə sərt tədbirlər görməlidir:

“Palata ötən müddət ərzində nöqsana yol verən qurumlardan büdcə vəsaitini geri qaytarmaq üçün ciddi işlər görüb və bunun nəticəsində büdcəyə hesabat ilində 23 milyon manat vəsait qaytarılıb. Ancaq hesab edirəm ki, bu vəsait azdır və gələcəkdə Plata daha çox mənimsənilən büdcə vəsaitlərinin büdcəyə qaytarılmasını təmin etsin.

V.Əhmədov əlavə edib ki, qeyd edib ki, digər nöqsanlar ünvanlı sosial yardım, dövlət satınalmaları, mühasibat uçotu ilə bağlı olub. “Bir məqamı da çatdırmaq istəyirəm ki, növbəti illərdə Dövlət Neft Fondunun gəlir və xərcləri ilə bağlı hesabat verilsin. Çünki bu bardə xeyli yazılar gedir. Bundan əlavə olaraq Palatadan xahiş edərdim ki, 2019-cu ilin büdcəsində əsaslı kapital üçün 7 milyard manat vəsait ayrılıb və bu vəsatinin xərclənməsinə nəzarət edib, 2020-ci ilin hesabatında bununla bağlı bizə məlumat versin”- deputat qeyd edib.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
Son xəbərlər
Bütün xəbərlər »