Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gimnast hər iki ayağını qıraraq karyerasını başa vurdu - Video

ABŞ-ın Baton Rouge şəhərindəki regional yarışlarda Samanta Kerionun istifadə etdiyi çətin akrobatik hərəkət faciə ilə nəticələnib. Döşək üzərinə düşərkən hərəkəti düzgün yerinə yetirə bilməyən idmançı qız hər iki ayağını sındırıb.

"Bizimyoy.info" "Ladbible.com"a istinadən bildirir ki, dəhşətli zədədən dərhal sonra Samantanı zaldan xərəkdə çıxarıblar. Daha sonra, media qızın həqiqətən də iki ayağını qırdığını və dizlərinin oynaqdan çıxdığını təsdiq edən xəbərlər yayıb. Gimnastın məşqçisi Jeff Graba bildirib ki, baş verənləri izləmək onun üçün çox çətin olub: "Ancaq Sam həmişəki kimi komandasına sədaqətini bir daha göstərdi - dəhşətli ağrılara baxmayaraq o, məşqçini hələ də çıxış edən komanda yoldaşlarını izləməyə göndərdi", - deyə J.Graba bildirib.

Təəssüf ki, universitet qrupu yüksək yerlər ala bilməyib. Samantanın başına gələn hadisələrdən sonra komanda yoldaşları çox kədərləniblər. Onlar internetdə gimnastın şərəfinə bir etketləmə təşkil ediblər. Sam öz isə müsabiqədən dərhal sonra instagramında yazıb ki, bu çıxış onun idman karyerasında sonunu oldu.

"18 ildən sonra istəmədiyim bir vəziyyətdə həyatımın bu mərhələsini başa çatdırıdım. Mən gimnast olaraq əldə edə bildiyim bütün nailiyyətlərlə və bu yolda mənimlə zəhməti olmuş hər kəslə qürur duyduğumu bildirirən. Bu insanlarla işlədiyim və universitetin şərəfini qoruduğum üçün fəxr edirəm. Hamıya təşəkkür edirəm."

İndi idmançı qızı uzun müalicə və bərpa gözləyir. Samanta bundan sonra nə edəcəyi barədə danışmayıb, amma internetdən xəbəri izləyən hər kəs ona tezliklə sağalmağı və həyatında uğurlar qazanmağı diləyib.

Paylaş »
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› “Azərbaycan qüvvələri geri çəkilmək fikrində deyil” - Aram Melkonyan
Son xəbərlər
Bütün xəbərlər »