Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Büdcə mənimsəməsi nöqsan yox, cinayətdir”
“Büdcədən vəsait mənimsənilirsə, bu cinayətdir. Buna “nöqsan” deyərək yumşaq ad qoymaqla, cinayətdən imtina etməyə başlayırıq”.

Bizimyol.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa Parlamentin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının hesabatının müzakirəsi zamanı deyib.

O bildirib ki, vergi ödəyiciləri, borcların ödənilməsi, satınalmalarla bağlı ciddi problemlər var: “Dövlət satınalmalarında ziddiyət qabarıq şəkildə özünü göstərir. Hesabata əsasən, 76 tender komissiyasının qanunvericiliyin tələbələrinə uyğun şəkildə fəaliyyəti aşkarlanıb. Lakin hansı tenderlərin ləğvi ilə bağlı məlumat əldə etmək mümkün deyil. Bütün bunları araşdırdıqda, Hesablama Palatasının təsir imkanları böyük olsa da, reallıq baxımından çox yerlərə təsir etmək imkanı yoxdur. Hesablama Palatasının bu problemlərin aradan qaldırılmasında öncüllüyünü təmin etməsək, gələcəkdə bu problemlərin qarşısını almaq çətin olacaq. İslahatlar aparmaq niyyətimiz ardıcıldırsa, Hesablama Palatasının rəyi ilə bunları aradan qaldırmaq olar”.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »