Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vüqar Gülməmmədov: “2018-ci ildə büdcə xərclənməsində 714 nöqsan qeydə alınıb”
“109 qurumun fəaliyyəti ilə bağlı hesabat hazırlanıb”

“2018-ci ildə ümumilikdə 58 nəzarət, 53 audit tədbiri həyata keçirilib. 109 qurumun fəaliyyəti ilə bağlı hesabat hazırlanıb. 10 təşkilatın maliyyə hesabatları ətraflı təhlil edilib. Maliyyə inzibatçılığı formada mövcud nöqsanların müəyyən edilməsi ilə bağlı aparılan 53 audit tədbirində nöqsanlar aşkarlanıb. 2018-ci ildə 714 nöqsan qeydə alınıb”.

Bizimyol.info xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə hesabatında səsləndirib.

O bildirib ki, auditlə aşkarlanan nöqsanlarda azalma müşahidə olunsa da, ümumilikdə bəzi nöqsanlar dəyişməz olaraq qalıb. “Palata tərəfindən nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər də görülüb. Hesablama Palatasının 2018-ci ildə İş planı üzrə həyata keçirdiyi dövlət maliyyə nəzarəti tədbirləri nəticəsində 15 milyon 214,9 min manat, 52,2 min avro, 224,1 min ABŞ dolları və 27,4 min İsveç frankı məbləğində vəsait dövlət büdcəsinə ödənilib. 472,4 min manat məbləğində vəsait qurumların hesablarına və 732,2 min manat məbləğində vəsait isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə ödənilib”

Palata sədri qeyd edib ki, əvvəlki illərdə aparılmış tədbirlərin nəticəsi olaraq 6 milyon 584,4 min manat və 1,3 min ABŞ dolları məbləğində vəsait dövlət büdcəsinə, 172,5 min manat məbləğində vəsait isə DSMF-nin büdcəsinə ödənilib.

Vüqar Gülməmmədov onu da qeyd edib ki, 2018-ci il üzrə 22 milyon 271,7 min manat, 52,2 min avro və 225,6 min ABŞ dolları və 27,4 min İsveç frankı məbləğində vəsaitin bərpası təmin olunub. “DSMF büdcəsinə bərpa edilmiş vəsaitin cəmi məbləği 904,7 min manat təşkil edib. Ümumilikdə isə manat ifadəsində bərpa edilmiş vəsaitin məbləği 23 milyon 176 manat təşkil edib”. Qurum rəhbəri vurğulayıb ki, Hhsabat ilində Nazirlər Kabinetinə təklif olunan təkliflər əsasında 21 təklif yenidən hökumətə təqdim olunub: “Bu təkliflərin 60 faizi qəbul edilərək normativ sənədlərə əlavə edilib. Bir il müddətində korrupsiya ilə bağlı mübarizə istiqamətində müvafiq qurumlarla fəaliyyət təşkil olunub. Həmin tədbirlərin 4-ü inzibati, 5-i cinayət xarakterli olub. Vətəndaş müraciətlərinin sayı ötən il daha çox olub. 64 faizi nəzarət tədbirləri ilə bağlıdır. Vətəndaşların müraciət etdiyi 3 məsələ araşdırılıb və müvafiq addımlar atılıb”.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »