Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
"Arxeoloq" it 250 min il əvvəl ölmüş kərgədanın sümüyünü tapdı - Foto

Böyük Britaniyada paleontoloq itinə qədim heyvan qalıqlarını tapmağı öyrədib. Kristal adlı ev heyvanı Ceymi Cordana bu işdə az kömək etməyib.

Bizimyol.info xəbər verir ki, it qədim kərgədan sümüyü tapıb. Araşdırma zamanı kərgədanın 250 min il əvvəl öldüyü məlum olub. Paleontoloq Kristal ilə çox fəxr edir.

Ceymi Cordan ev heyvanında bu qabiliyyəti inkişaf etdirmək üçün çox çalışıb. O, Kristala qədim heyvan qalıqlarını iylədirmiş. Beləcə, itdə həssaslıq yaranıb. İndi Kristal dayanmadan heyvan qalıqları axtarır.

"Arxeoloq" it 250 min il əvvəl ölmüş kərgədanın sümüyünü tapdı Foto: Fox News

Cordan bütün asudə vaxtını itə sərf edir. Ev heyvanı etimadı doğruldur. Onun narkotik maddə və silah tapdığı da olub.

Paleontoloq XIX əsrdə yaşamış həmkarı Meri Enninqdən ilham aldğını gizlətmir. O da araşdırmalara iti ilə gedərmiş.

Paylaş »
››› Siyavuş Novruzov Operativ Qərargahı tənqid etdi
››› Milli Məclisin rəhbərliyi Vahid Əhmədovu tənqid etdi
››› Şəki küçələrində dolaşan ayı ilə bağlı açıqlama - Video
››› “Dedilər ki, 3000-5000 pul veririk, icazə verin yazaq ki, koronavirusdan ölüb”
››› ABŞ konqresmenləri Azərbaycanla bağlı bəyanat verdilər
Son xəbərlər
Bütün xəbərlər »